Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, satışa həm "Facebook", həm də "Instagram" səhifələri təklif olunur.
"Facebook"dakı "Grammar Azi" səhifəsi 15 min manata, "Instagram"dakı səhifə isə 3 min manata təklif olunur.
Qeyd edək ki, layihə 2016-cı il oktyabrın 24-də yaradılıb. "Grammar Azi" səhifəsinin qurucusu Murad Hüseynovdur. Hazırda səhifənin "Instagram"da 18,5 min, "Facebook"da isə 69 min 659 izləyicisi mövcuddur. Layihənin əsas məqsədi gündəlik həyatda işlədilən ifadələrin və mediada yayımlanan xəbərlərin Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun formada təqdim edilməsidir.
Satışla bağlı paylaşım izləyicilər arasında geniş müzakirəyə səbəb olub. Bir qrup istifadəçi layihənin Azərbaycanda bu formatda yeganə platforma olduğunu vurğulayaraq onun satılmasının doğru olmadığını qeyd edib. Onların fikrincə, səhifəni alacaq şəxsin Azərbaycan dilinə yüksək səviyyədə bələd olması əsas şərtlərdəndir. Digər izləyicilər isə təklif olunan qiymətlərin olduqca yüksək olduğunu bildiriblər.
4Sources
-
hit.azAzərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır ( 21347380)
-
demokrat.azAzərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır — QİYMƏT ( 21346576)
-
qaynarinfo.azAzərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır QİYMƏT ( 21346264)
-
milliyol.azAzərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır ( 21345001)