EN

Azərbaycan və Niderland su texnologiyaları sahəsində tərəfdaşlığı genişləndirir

Bakı. Trend:

“Aqualink” şirkəti Azərbaycanda aktiv şəkildə innovativtexnologiyaların və Niderlanddan olan tərəfdaşların təcrübəsinitətbiq etməklə su sektorunda ümumi investisiya həcmi 30 milyonmanata yaxın olan 200-dən çox layihə həyata keçirib

Bunu Trend-ə“Aqualink” şirkətinin Azərbaycandakı baş direktoru Orxan Mikailbildirib.

“Niderlandlı tərəfdaşların bilik və təcrübəsi bizim üçün böyükəhəmiyyət kəsb edir. Niderland səfirliyinin dəstəyi ilə bu ilAzərbaycanda su təsərrüfatı sahəsində genişmiqyaslı tədqiqat vətəhlil işləri apardıq. Bu sənəd həm biznes ictimaiyyəti, həm dəgeniş auditoriya üçün mühüm başlanğıc nöqtəsi oldu”, – deyə o əlavəedib.

O. Mikayıl bildirib ki, aparılan tədqiqatda ölkənin susektorundakı bütün planları bir araya toplamaq mümkün olub.

O vurğulayıb ki, şirkət təkcə Niderlandla deyil, digər Avropaölkələri ilə də fəal əməkdaşlıq edir. Hazırlanmış sənəd əsasında"Aqualink" Azərbaycanın su infrastrukturunun müasirləşdirilməsi vədayanıqlı inkişafı üzrə yeni layihələrin həyata keçirilməsindəiştirak edir.

“Hazırda şirkət Azərbaycanda dörd Niderland şirkətini rəsmişəkildə təmsil edir və gələcəkdə fəaliyyətini digər bazarlaragenişləndirməyi, yeni beynəlxalq tərəfdaşlıqlar qurmağıplanlaşdırır. Bir neçə ildir ki, “Aqualink” Niderland şirkətləriilə sıx əməkdaşlıq edir, onların texniki biliklərini,innovasiyalarını və praktiki təcrübəsini Azərbaycanda tətbiq edir”,- deyə o yekunlaşdırıb.

Bundan əlavə, “Trend”ə müsahibəsində Niderland səfirininmüşaviri Şəhla Balakişiyeva qeyd edib ki, holland təcrübəsi unikalxarakter daşıyır, çünki özündə özəl sektorun, dövlətin və elmiqurumların səylərini birləşdirir. Onun sözlərinə görə, Niderlandartıq ölkəsində uğurla tətbiq edilmiş “Room for the River”,“Zandmotor”, “Delta Works” və digər layihələr kimi innovativ vədayanıqlı həlləri Azərbaycana təklif edir.

Məqalədə:
Chosen
32
az.trend.az

1Sources