EN

Şamaxıda qələbəyə layiq oyun

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Şamaxı” Azərbaycan Premyer Liqasının IV turunda “Karvan-Yevlax”ı məğlub edib. 3:0 hesabıyla qələbə qazanan “şirlər” çempionatda bu mövsüm ilk üç xalını qazanıb.

Son 10 gündə həm Azərbaycanın əsas, həm U-21 yığmasına rəhbərlik edən Ayxan Abbasov klubdakı işinə də uğurla davam etməkdədir. “Karvan-Yevlax” qarşısında üstün oyunla əldə edilən qələbə həm mütəxəssis, həm də komandada motivasiyası yüksək saxlayır.

Çempionatda ən aşağı büdcəli komandalardan olan “Şamaxı”da yaxşı heyət formalaşdırılıb. Yayda komandaya qoşulan legionerlər özlərini yaxşı tərəfdən göstərə bilir. İstər müdafiədə, istərsə də hücumda effektli oynayan “Şamaxı” Yevlax təmsilçisinə demək olar, epizod vermədi.

“Şamaxı” ilk hissənin yarımsaatından sonra vurduğu iki qolla oyunun taleyini həll etdi. Fasilədən sonra qonaqlar bir neçə cəhd etsə də, son ötürmələrdə uğursuzluq yaşandı. “Karvan-Yevlax”ın sürətli hücum xətti olmasına baxmayaraq, mərkəz hücumçusu problemi var. Komandada demək olar, bitirici oyunçu yoxdur. Cinahları yaxşı işləyən kollektivdə son nöqtəni qoyan tapılmır. İndiki məqamda komandada əsas problem bununla bağlıdır və növbəti matçlarda da bu baxımdan sıxıntı yaşanması qaçılmaz olacaq.

“Şamaxı”da ikinci hissədə gənclərin oyuna qoşulması ilə temp aşağı düşdü. Yarımmüdafiədə daha çox top saxlamağa çalışan “şirlər” bəzi anlarda istədiyinə nail oldu. “Karvan-Yevlax” ara-sıra təsəlli qoluna çıxsa da, cəhdlər uğursuz alındı. Matçın yekununda “Şamaxı” layiqli üç xalı aktivinə yazdırdı. “Karvan-Yevlax” isə 4-cü turda 2-ci məğlubiyyətini yaşadı.

Azər Həşimovun rəhbərlik etdiyi komanda qarşıdakı turda “İmişli”ni qəbul edəcək. “Şamaxı” isə “Zirə” səfərinə yollanacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
futbolpress.az

1Sources