EN

"Ölülərin söyüldüyü "insanlarla" eyni anlayışları bölüşə bilmərəm"- Zaur Əliyev

Doğma yurdum Qarabağı və oranın sakinlərini təhqir edən, təhqir edənlərə şərait yaradanları haqlı bilib o statuslara bəyənmə atan, Realda tanıdığım, FB da tanıdığım və mənə dəfələrlə müraciət edib suallar verib materiallar istəyən izləyicilərin 100 dən çoxunu bloka atdım və o siyahını bir sənəd olaraq saxlayıram. Mənim rayonumu və doğmalarımı təhqir edənlərə dəstək olan hər kəs bundan sonra dostum deyil.
Mən tolerantlıq nümayiş etdirmişəm bu günə qədər. Bundan sonra isə bitdi. Nə Realda nə də sosial mediada qarşıma bu adamlar çıxmasın. Mənim Qarabağda dəfn edilən və günahı olmayan ölülərimizi, heç bir günahı olmayan dirilərimizi təhqir edənlər sizin ölü və dirilərinizə söz demirəm. Onların günahı yoxdur. Bu məsələ, söz söhbət dayanacaq. Amma vurduğunuz söz yarası sağalmayacaq. Hər birinizin siyahısı məndə var və son nəfəsimə qədər o siyahı məndə qalacaq. ...
Ailəsinin, nəslinin qədrini bilənlər söyüş etməzlər. Amma sizlər etdiniz. Demək ailə daxili, nəsil daxili söyüşlər ilə böyümüsünüz və bunu bu günə qədər üstünüzdə gəzdirsiniz və adidir sizlər üçün söyüş götürən ailə olmağınız.
Mənim üçün bir çox anlayışlar bitmişdir. Ölü və günahsız dirilərin söyüldüyü "insanlarla" eyni anlayışları bölüşə bilmərəm.
Zaur Əliyev, tarixçi
Chosen
23
news365.az

1Sources