EN

Sabirabadda DƏHŞƏT: 42 yaşlı kişi qətlə yetirildi

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib. 
 
Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.
 
Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 
Chosen
57
10
moderator.az

10Sources