EN

“Diplomsuz həkim insanların sağlamlığı ilə riskə gedir - ‘Dr. Aysen’ necə stomatoloq kimi çalışır?”

[center][/center]Son günlər sosial şəbəkələrdə, xüsusilə də Instagram platformasında “Dr. Aysen” adı ilə tanınan və özünü stomatoloq kimi təqdim edən şəxs diqqət mərkəzinə düşüb.

Araşdırmalar nəticəsində həmin şəxsin əsl adının Ayşən Əliyeva olduğu müəyyən edilib. Əldə olunan məlumatlara görə, onun stomatologiya üzrə nə rəsmi ali tibbi təhsili, nə də lisenziyası mövcuddur. Bu isə vətəndaşların sağlamlığına ciddi təhlükə yaradan saxtakarlıq nümunəsidir.Diş həkimliyi – illərlə davam edən təhsil, praktik təcrübə və yüksək məsuliyyət tələb edən bir ixtisasdır. Həkim diplomu və sertifikatı olmayan şəxslərin “həkim” adı altında fəaliyyət göstərməsi isə həm qanun pozuntusu, həm də cəmiyyətin etibarına qarşı hörmətsizlikdir. Təəssüf ki, sosial şəbəkələrdə bu kimi “saxta həkimlər” asanlıqla auditoriya toplayır və insanların sağlamlığı ilə oynayırlar.Burada söhbət yalnız maddi qazancdan getmir. Belə şəxslərə müraciət edən hər bir pasiyent – ağır infeksiyalara, geri dönməz fəsadlara və hətta həyati təhlükəyə məruz qala bilər.

Cəmiyyət bu hallara laqeyd qalmamalıdır. Özünü həkim kimi təqdim edən, lakin heç bir hüquqi və peşəkar əsası olmayan şəxslər dərhal ifşa edilməli və onların fəaliyyəti qanuni şəkildə dayandırılmalıdır.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı təcili addımlar atmalı, Ayşən Əliyevanın fəaliyyəti araşdırılmalı və qanuni tədbirlər görülməlidir.("Azərbaycan Reallığı")

Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.

Chosen
46
yenisoz.az

1Sources