EN

Ərdoğan bugün Qətərə rəsmi səfər edəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək.

İsrailin 9 sentyabrda Qətərdə yerləşən HƏMAS müzakirə heyətinə qarşı təşkil etdiyi hücum bölgə təhlükəsizliyini bir daha təhdid etdi. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin liderləri bu səbəbdən fövqəladə zirvə toplantısında bir araya gəlirlər.

Qeyd edək ki, Ərdoğan İsrailin hücumunun dərhal ardından Qətər Əmiri Əl Sani ilə görüşüb.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı başlatdığı ilk hücumdan sonra bu artıq üçüncü fövqəladə zirvədir.

Zirvə toplantısı, İsrailin 9 sentyabr hücumundan sonra Qətərin çağırışı və İƏT Xarici İşlər Nazirləri Şurasının sədri olan Türkiyənin dəstəyi ilə keçirilir.

Chosen
28
turkic.world

1Sources