EN

Xəzər dənizində zəlzələ oldu

Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.

Chosen
52
49
ikisahil.az

10Sources