Sabirabad rayonunun qətl hadisəsi törədilib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Moranlı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Rüstəm Əliyev qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə qətldə şübhəli bilinən R.Əliyevin həmkəndlisi, 1992-ci il təvəllüdlü Əli Əliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media