EN

Şirkətin pulunu mənimsəyərək elektron qolbaq taxılan ekspeditorla bağlı qərar açıqlandı

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Cəfər Quliyevin (soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti təmin edilməyib.


İttihama görə, Cəfər Quliyev Bakıda ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan şirkətlərdən birində 2020-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək olan müddətdə ekspeditor (satış təmsilçisi) vəzifəsində çalışıb. O, işlədiyi müddətdə şirkətin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 16 A ünvanında yerləşən anbarından rəsmi sənədlərlə ərzaqlarını götürərək satıb və 16 975 manat pulu mənimsəyib.


İstintaq dövründə Cəfər Quliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, apellyasiya şikayəti təmin edilməyib.


Kamal Məmmədov 

Tarix: 15 Sentyabr 2025, 08:27   
Chosen
17
pravda.az

1Sources