EN

Marja - Biznes və Maliyyə Xəbərləri Portalı

Münhendə keçirilən IAA Auto Show 2025 sərgisində BYD-nin icraçı vitse-prezidenti Stella Li dünya avtomobil bazarında səs-küy yaradan açıqlamalar verdi. Şirkət yalnız Çin və Asiyada deyil, artıq Avropada da yeni qaydalar müəyyən edir.

Bəs bu açıqlamalar nədən ibarətdir?

1. Avropada ilk BYD zavodu

Macarıstanda açılacaq zavod ilin sonuna qədər fəaliyyətə başlayacaq. İlk istehsal olunacaq model Dolphin Surf olacaq. Bu addım BYD-ni idxalçı yox, Avropada istehsalçıya çevirir.

2. 5 dəqiqəyə 400 km şarj

BYD “flash charging” texnologiyası ilə elektrik avtomobil sektorunda yeni mərhələ açır. Cəmi 5 dəqiqəlik şarjla əlavə 400 km məsafə qət etmək mümkün olacaq. Yaxın zamanda Avropada 200–300 belə stansiya qurulacaq.

3. Qlobal reytinqdə böyük sıçrayış

BYD bu il ilk dəfə Fortune Global 500 siyahısında ilk 100-lükdə yer aldı. Şirkət 91-ci yerdədir – bu, dünyanın ən güclü şirkətləri sırasında olduğunu göstərir.

4. Rekord satış göstəriciləri

2025-ci ilin avqustuna qədər BYD ümumilikdə 2.86 milyon avtomobil satıb. Bu, ötən illə müqayisədə 23% artım deməkdir.

5. Xarici bazarlarda partlayış

Təkcə Avropada və digər xarici bazarlarda 600 000-dən çox avtomobil satılıb. Satış artımı 137% olub. Ən böyük pay İngiltərə, İspaniya, İtaliya, Fransa və Almaniyanın üzərinə düşür.

6. Araşdırma və inkişafa sərmayə

BYD yalnız bu ilin ilk yarısında 3.7 milyard avro Ar-Ge sərmayəsi yatırıb. Ümumi sərmayə isə artıq 25 milyard avrodan çoxdur. Bu rəqəm şirkətin texnologiyaya verdiyi önəmi göstərir.

7. Sertifikatlı ikinci əl proqramı

BYD Avropada ikinci əl avtomobillər üçün yeni standart təqdim edir. 179 yoxlamadan keçmiş və batareya sağlamlığı ən azı 90% olan avtomobillər alıcılara təqdim ediləcək.

8. Denza markasının Avropa debütü

Münhendə ilk Denza mağazası açıldı. Almaniyada artıq 100 satış nöqtəsi təsdiqlənib. 2025-ci ilin sonuna qədər bu rəqəm 120-yə, 2026-da isə 300-ə çatacaq.

Bəs bu dəyişikliklər Azərbaycan üçün nə deməkdir?

BYD-nin açıqladığı bu 8 xəbər sadəcə qlobal bazarı silkələmir. Onun təsiri artıq Azərbaycanda da hiss olunacaq. İllərlə BYD-ni paralel idxal yolu ilə alan alıcılar indi tamamilə yeni dövrə qədəm qoyurlar.

Artıq müştəriləri rəsmi diler BYD Abşeron (@byd_absheron) qarşılayır. Bu, alıcılara yalnız avtomobil yox, həm də 6 il və ya 150 000 km rəsmi zəmanət, orijinal ehtiyat hissələri və beynəlxalq standartlara uyğun servis xidmətləri deməkdir.

BYD Abşeron yalnız maşın satmaq niyyətində deyil. Şirkət iddia edir ki, Azərbaycanda hər ailənin BYD-si olacaq.

Bunun üçün həm əlçatan sahiblik imkanları, həm də geniş model çeşidi təqdim ediləcək – şəhər üçün qənaətcil modellərdən tutmuş, ailə üçün geniş SUV-lara qədər.

Bir sözlə: BYD dünyada lider mövqeyini gücləndirir, Azərbaycanda isə ailələrin gündəlik həyatına daxil olmağa hazırlaşır.

Telefon: 968

BYD IAA Auto Show 2025 Münhen Stella Li BYD zavodu Dolphin Surf elektrik avtomobili flash charging 5 dəqiqəyə 400 km şarj şarj stansiyaları Avropa Fortune Global 500 qlobal reytinq satış Avropa bazarı xarici bazar 600 min avtomobil Ar-Ge sərmayəsi sertifikatlı avtomobil batareya Denza markası satış nöqtəsi BYD Azərbaycan BYD Abşeron rəsmi diler 6 il zəmanət 150 000 km zəmanət orijinal ehtiyat hissələri servis xidməti əlçatan sahiblik geniş model çeşidi şəhər avtomobili ailə SUV BYD liderlik Azərbaycan bazarı
Chosen
50
marja.az

1Sources