EN

Ukrayna yığması oyunu boykot etdi

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın çimərlik futbolu üzrə yığması dünya ictimaiyyətinə müraciət edib. SİA xəbər verir ki, müraciət Ukrayna Çimərlik Futbolu Assosiasiyasının sosial şəbəkələrində yayımlanıb.

Sentyabrın 14-də Ukrayna Avroliqa-2025-in bürünc medalları uğrunda görüşdə Belarusla qarşılaşmalı idi. Lakin “mavi-sarılar” bu oyunu boykot etmək qərarına gəlib.

Qara köynək geyinmiş ukraynalı futbolçular Rusiyaya Ukrayna xalqına qarşı müharibəni davam etdirməyə kömək etdiyi üçün dünya ictimaiyyətinə və təşkilatlara müraciət edərək Belarus yığmasını yarışdan kənarlaşdırmağa çağırıblar.

“Ukrayna Çimərlik Futbolu Assosiasiyası, Milli Komandalarımız, kişilərdən ibarət yığmanın baş məşqçisi Nikolay Kostenko bütün azarkeşlərə, idmançılara və beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edir.

Bu gün Ukrayna Avropada azadlıq və sülh üçün öz xalqının həyatını ödəyir. Bu müharibədə Belarus Rusiyanın şərikinə çevrilib – onun ərazisindən bizim torpağımıza raketlər uçur, onun köməyi ilə dinc insanlar həlak olur.

İndi də biz Belarus idmançılarının heç nə olmamış kimi Avropa arenalarına çıxdığını görürük. Bu qəbuledilməzdir! İdman müharibəni dəstəkləyənlərə pərdə ola bilməz.

Belarusa qarşı oynamaqdan imtina edən Estoniya, Litva və Latviya yığmalarına ürəkdən təşəkkür etmək istərdik. Bu, əsl cəsarət və həmrəylikdir.

Beynəlxalq federasiyalara səslənirik: düzgün seçim edin! Təcavüzkarların və onların müttəfiqlərinin bizim aramızda olmağa haqqı yoxdur – nə futbolda, nə də başqa idmanda!

Ukraynanın kişilərdən ibarət çimərlik futbolu komandası 3-cü yer uğrunda oyunu boykot edir! Yaşasın Ukrayna. Qəhrəmanlar ölməzdir. Ukrayna hər şeydən üstündür!”, – bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
2
sia.az

3Sources