“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski bir-birlərinə nifrət etdikləri üçün ünsiyyət qura bilmirlər”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlar bir-birlərinə o qədər nifrət etdikləri üçün danışa bilmirlər”, - deyə siyasətçi vurğulayıb.
Tramp qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı bütün danışıqları özü aparmalı olacaq.
Daşqın Həsənov
Missiya.Az