EN

2022 ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu... Martirosyandan ŞOK

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Vahram Martirosyan yazıb.

Onun sözlərinə görə, məhz Cermuk döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində rəsmi Bakının suverenliyini tanımağa məcbur edib:

“Bu döyüşdə məğlub olan tərəf (Ermənistan –red.) bir neçə həftə sonra Praqada “artsax”ı (keçmiş qondarma rejim – red.) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi”.

“Qarabağ Cermukda təslim edildi. Onlar üçün bu, sadəcə olaraq, “döyüşdən sonrakı döyüş” idi. Biz bu döyüşü dayandırmağın bədəlini ödədik”, – Martirosyan vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
5
globalinfo.az

6Sources