EN

Gürcüstanda azərbay­canlı şagirdlərə ermənicə üzlü dəftər paylandı

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub.

Sherg.az  xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçündür və Gürcüstanda nəşr edilib:

"Gürcüstanın Təhsil Nazirliyi yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri belə sevindirir.

7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir.

Görəsən, bu qədər kitabı kütləvi tirajla buraxmazdan öncə, siqnal varianta gözucu da olsa baxmaq kiminsə, nə vaxtsa ağlına gələcəkmi?", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
sherg.az

1Sources