EN

Almaniya əks-kəşfiyyatının rəhbəri türkiyəli olacaq

Türkiyə əsilli Zinan Zelen Almaniyanın əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Federal Konstitusiyanı Mühafizə İdarəsinin (BfV) yeni rəhbəri təyin ediləcək.

Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, artıq sentyabrın 15-də Almaniya daxili işlər naziri Aleksander Dobrindt BfV əməkdaşlarını Zelenin təyinatı barədə məlumatlandıracaq. Hazırda o, qurumun rəhbər müavini vəzifəsini tutur. Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq Bundestaqa (parlament) namizədliyini irəli sürmək üçün 2024-cü ilin sonunda vəzifəsindən istefa verib, lakin parlamentə keçə bilməyib.
Chosen
16
3
sherg.az

5Sources