APA-nın əldə etdiyi görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.
Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
10Sources
-
news24.azErməni əsilli Xankəndi sakininin təxribat planından anbaan - Görüntülər ( 21339334)
-
afn.azErməni əsilli Xankəndi sakininin təxribat planından anbaan görüntülər - VİDEO ( 21345217)
-
afn.azErməni əsilli Xankəndi sakininin təxribat planından anbaan görüntülər - VİDEO VİDEO ( 21345091)
-
manset.azErməni əsilli Xankəndi sakininin təxribat planından ANBAAN GÖRÜNTÜLƏR ( 21344236)
-
sabahinfo.azXankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO ( 21343828)
-
azia.azErməni əsilli sakin XANKƏNDİDƏ TERRORA GÖRÜN NECƏ HAZIRLAŞIR - ANBAN GÖRÜNTÜLƏR ( 21343129)
-
far.azXankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ ( 21342946)
-
musavat.comErməni əsilli Xankəndi sakininin təxribat planından ANBAAN GÖRÜNTÜLƏR ( 21342841)
-
buta.tvXankəndidə erməni təxribata belə hazırlaşıb - VİDEO ( 21342223)
-
baku.wsXankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ ( 21342193)