İtaliya A Seriyasının 3-cü turunda “Roma” öz meydanında “Torino”nu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Olimpiko” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 59-cu dəqiqədə “Torino”nun hücumçusu Covanni Simeone vurub. Qola məhsuldar ötürməni belçikalı Kiril Nqonq edib.
Qələbədən sonra “Torino”nun xalı 4-ə yüksəlib və komanda turnir cədvəlində 7-ci pilləyə qalxıb. 6 xala malik “Roma” isə hazırda 4-cü yerdədir.