Ukraynanın Albaniyadakı səfiri Vladimir Şkurov Korça bölgəsində yerləşən Voskopoja turizm kəndinə şəxsi səfəri zamanı infarkt keçirib.
"Unikal" xəbər verir ki, səhhətində problemlər yaranandan dərhal sonra səfir Korcadakı regional xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Xəstəxana mənbələri onun səhhətinin hazırda stabil olduğunu, lakin daha ixtisaslaşmış müalicə üçün Tirandakı xəstəxanaya köçürülməsinin gözlənildiyini bildirir.