EN

"Real" 16 il sonra bunu bacardı

İspaniya təmsilçisi "Real" baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında 16 ildən sonra La Liqanın ilk dörd turunda qalib gəlib.

"Ölkə.az" xəbər verir ki, Madrid kollektivi bu uğura ötən gün "Real Sosyedad" üzərində qazanılan qələbə (2:1) sayəsində nail olub.

"Kral klubu" sonuncu dəfə bu cür uğurlu başlanğıcı 2009-cu ildə həmin vaxt baş məşqçi olan Manuel Pelleqrininin dövründə etmişdi.

Qeyd edək ki, "Real" İspaniya çempionatında 12 xalla turnir cədvəlinə başçılıq edir.

Chosen
14
2
olke.az

3Sources