EN

Suriyada parlament seçkiləri təxirə salındı

Suriya hakimiyyəti sentyabrın 15–20-də keçirilməsi planlaşdırılan parlament seçkilərini daha gec tarixə təxirə salıb.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Komissiyanın nümayəndəsi Navar Nacmə bildirib ki, seçkilərə hazırlıq tam başa çatmayıb. Xüsusilə, səsvermənin təşkili və namizədlərin seçkilərə buraxılması ilə məşğul olacaq strukturların formalaşdırılması yekunlaşmayıb.

Hazırda seçkilərin nə vaxt keçiriləcəyi dəqiq məlum deyil.

Chosen
11
2
modern.az

3Sources