EN

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ

BAKI, 14 sentyabr. TELEQRAF

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Benqkulu şəhərindən 176 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Chosen
35
29
teleqraf.com

10Sources