EN

Qətərin baş naziri: İsrailin əməlləri Qəzza siyasətimizi dəyişməyəcək

BAKI, 14 sentyabr. TELEQRAF

İsrailin hərəkətləri Qətərin Qəzza zolağında münaqişənin həlli üçün Misir və ABŞ ilə birgə həyata keçirdiyi vasitəçilik səylərini davam etdirməyə mane olmayacaq.

Teleqraf xəbər verir ki, bunu Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin Həmas rəhbərliyinin Dohadakı iqamətgahına endirdiyi zərbəni şərh edərkən deyib.

"Siyasətimiz ədalətli, hərtərəfli və davamlı sülhün strateji seçim olduğuna dair qəti inam üzərində qurulub. Bu baxımdan bəyan edirik ki, İsrailin iyrənc və barbar hərəkətləri bizə Misir Ərəb Respublikası və Amerika Birləşmiş Ştatları ilə birlikdə bu ədalətsiz müharibəyə son qoymaq üçün səmimi səylərimizi davam etdirməyə mane olmayacaq", - Baş nazir bildirib.

Chosen
56
6
teleqraf.com

8Sources