EN

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər 

Ürək xəstələri və şəkərli diabet xəstələri qəhvə içsinlər.

Bu barədə kardioloq Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində çağırış edib.

Onun sözlərinə görə, qəhvə aritmiya riskini azaldır və qan təzyiqini normallaşdırır. Həkim qəhvə içənlərin infarkt keçirmək riskinin də azaldığını söyləyib.

O əlavə edib ki, qəhvə daxili iltihabı aradan qaldırır, həmçinin çoxlu bioloji faydalı maddə ehtiva edir.

Qəhvənin tərkibindəki kofein həm də canlılıq hissi verir, konsentrasiyanı və məhsuldarlığı artırır.

Buna baxmyaraq, həddindən artıq miqdarda kofein narahatlıq, əsəbilik və yuxusuzluğa səbəb ola bilir. Odur ki, qəhvə istehlakını gündə 400 mq ilə məhdudlaşdırmaq tövsiyə olunur. (Publika.az)

Chosen
8
1
musavat.com

2Sources