EN

"Yuventus" onu azad agent kimi transfer etmək istəyir

style='margin-bottom:10px;'>

“Yuventus” “Mançester Siti”nin 31 yaşlı yarımmüdafiəçisi Bernardo Silvaya maraq göstərir. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Turin klubu portuqaliyalı futbolçunun 2026-cı ilin yayında “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi transferini planlaşdırır.

Silvanın transferi ilə “Benfika” da maraqlanır. Lakin Portuqaliya klubunun futbolçunun maaş tələblərini qarşılamaqda çətinlik çəkəcəyi vurğulanır.

Qeyd olunur ki, yarımmüdafiəçinin İtaliya nəhənginə keçidində onun meneceri Jorje Mendişin mühüm rol oynaması mümkündür. Mendişin həm futbolçunun nümayəndəsi olması, həm də “Yuventus” rəhbərliyi ilə yaxşı münasibətlərə malik olması diqqətə çatdırılıb.

Chosen
26
teleqraf.com

1Sources