EN

Solo səyahət zamanı tənhalıq hissindən necə qaçmaq olar?

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təkbaşına səyahət son illərin getdikcə populyarlaşan trendinə çevrilib. Lakin təcrübə göstərir ki, bu istirahət variantı hər kəsə uyğun gəlmir. 

Qaynarinfo xəbər verir ki, amerikalı səyahət jurnalisti Cenna De-Laurentis "Business Insider" üçün yazdığı məqalədə İspaniyaya etdiyi uğursuz tək səyahət təcrübəsindən bəhs edib.

"Adətən, çantamla Portuqaliyada səyahət edirəm, ya da Çilidə avtomobil sürürəm, mənə qoşulmaq üçün həmişə dost və ya qohum tapa bilirəm. Ancaq Avstraliyaya ilk tək səyahətimdən zövq aldıqdan sonra bir daha belə etmək qərarına gəldim - bu dəfə İspaniyaya", deyə o yazır.

Cenna təkbaşına İspaniyanın Kataloniya regionunda bir həftə səyahət edib. O, Barselonadakı Triumfal Arkadan Xironadakı Müqəddəs Məryəm kafedralına qədər bütün görkəmli yerləri gəzib dolaşıb, ancaq səyahətindən razı qalmayıb. Səyyah qadın başa düşüb ki, ona yoldaş lazımdır və şəhərləri tək kəşf etmək düşündüyü qədər maraqlı deyil.

Cenna Avstraliyaya olan tək səyahətinin əla, İspaniyaya olan səyahətinin isə niyə uğursuz olduğunu anlamağa çalışıb. Və budur onun çıxardığı nəticələr:

"Avstraliyaya ilk tək səyahətim zamanı Böyük Bariyer rifinə qrup şəklində etdiyimiz sualtı üzmə turuna qoşulmuşdum. Qayıqda onlarca başqa səyyahla tanış oldum və bu, hər hansı bir tənhalıq hissini aradan qaldırmağıma kömək etdi. İspaniyada mən heç bir qrup tədbiri satın almamışdım və nəticədə bu qərarıma peşman oldum".

Buna görə də Cenna tək səyahət edənlərə tənhalıq hissindən qurtulmaq üçün qrup ekskursiyalarına qoşulmağı məsləhət görür. Tək səyahətlərlə bağlı bir başqa problem isə yerli mətbəxlə tanış olarkən hiss olunan tənhalıq hissidir:

"Tək səyahətimin bir həftəsi ərzində ən çox tək yemək yeyərkən tənhalıq hiss etdim. İspan qastroqültürü son dərəcə ictimailəşməyə meyllidir və mən tək səyahət edərkən özümü restoranlarda yersiz hiss etdim".

Cenna bu problemi həll etmək üçün bir qədər qəribə bir üsul təklif edir: O, restorana sifariş etdiyi yeməklər hazırlanana qədər vaxt keçirmək üçün yanında rəsm albomu və ya kitab götürməyin faydalı olduğu qənaətinə gəlib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
qaynarinfo.az

1Sources