EN

15 yaşda ərə veriləcəyi deyilən qızın nənəsi: Bu söhbətlər iftiradır VİDEO

ain.az, News24 portalına istinadən məlumat verir.

Quba rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı xəbərləri qızın nənəsi təkzib edib. 

News24.az xəbər verir ki, hadisə ilə bağlı qızın nənəsi “İctimai TV”yə danışıb.

O, yayılan bu xəbərləri boş iftira adlandırıb:

“Onu deyə bilərəm ki, bunlar hamısı boş-boş iftiradır. Mən özüm uşaq və qadın zorakılıq komissiyasında üzvəm. Belə məsələlərin həllində böyük rolum var. Siz necə təsəvvür edirsiniz ki, özüm bu dərəcədə qanunu pozum? Əvvəla, qızın yaşı 15 deyil. Birinci onu yoxlayardılar, dəqiq bilərdilər. Dekabrın 31-də qızın 16 yaşı tamam olub. İkincisi də, belə bir şey heç olmayıb. Nə qız oğlanı görüb, nə oğlan qızı. Valideynlər arasında özbaşına necə razılıq ola bilər? Əvvəla, iki gəncin razılığını almaq lazımdır. Heç bir şey olmayıb. Bu boş-boş söhbətləri yığışdırsınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
6
news24.az

7Sources