EN

Azərbaycan mətbəxi Höteborqda keçirilən kulinariya festivalında təqdim olunub - FOTO

İsveçin Höteborq şəhərində şəhər bələdiyyəsinin təşkilatçılığı ilə böyük kulinariya festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 30 ölkənin kulinariya ənənələri nümayiş etdirilib, onların arasında Azərbaycan qastronomiyası da layiqli yer tutub.

Azərbaycan Qarabağ Mərkəzi festival üçün zəngin çeşiddə milli yeməklər və şirniyyatlar hazırlayıb. Ziyarətçilərə dolma, plov, ənənəvi şirniyyatlar - paxlava və kətə təqdim olunub.

Qonaqların bir çoxu heyranlıqla Azərbaycanın milli kulinariya ənənələrinin özünəməxsus dadını və zənginliyini qeyd ediblər. Təşkilatçıların sözlərinə görə, xüsusən də bir dəfə milli xörəkləri dadmış qonaqların bu qastronomik təəssüratı təkrarlamaq üçün yenidən qayıtmaları uğurun sübutu olub.

"Biz ümid edirik ki, bu təqdimatla ölkəmizi layiqincə təmsil edə bildik. Festivalda iştirakımız Azərbaycan mətbəxinin zəngin, orijinal və dünya qastronomiya mədəniyyətinə layiq unikal dadlara malik olmasının daha bir təsdiqi oldu", - deyə Azərbaycan Qarabağ Mərkəzinin sədri Ülviyyə Nəcəfova qeyd edib.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Chosen
20
2
day.az

3Sources