EN

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Chosen
12
9
moderator.az

10Sources