Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.
Trend xəbər verir ki, Qarabağ bölgəsinin məşhur yaşayışməntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malikQırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizinantiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinəkeçib.
Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezianquyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda QırmızıBazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsalemalatxanası fəaliyyət göstərir.
Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-iyararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismarahazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyəqayıdıb.
Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evindəoldu.