EN

Çarli Kirk cinayəti: Ağ Ev Konqresdən 58 milyon dollar istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası məmurların təhlükəsizliyinin gücləndirilməsi üçün Konqresə 58 milyon dollar əlavə vəsait ayrılması ilə bağlı müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, bu tələb Çarli Kirkin öldürüldüyü silahlı insidentdən sonra irəli sürülüb. Vəsaitin 30 sentyabra qədər qəbul olunması planlaşdırılan müvəqqəti büdcəyə daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yuta Vadisi Universitetində çıxışı zamanı boynundan aldığı güllə yarasından ölüb.

Chosen
37
1
axar.az

2Sources