EN

GDU-dan tədris dövründə təmirə hazırlaşır: Universitet bütün yayı niyə “yatıb?”

Gəncə Dövlət Universiteti (GDU) bir gündə iki tenderini reallaşdırıb.

NOCOMMENT.az tribunainfo.az-a istinadən xəbər verir ki, universitet bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, təhsil ocağı əsaslı təmir işlərinin layihə-smeta işlərinin görülməsi məqsədi ilə “HİNAL PROJE” MMC-ni qalib elan edib. Bunun üçün isə tərəflər arasında 88 min 500 manatlıq satınalma müqaviləsi bağlanılıb.

GDU-nun ikinci tenderi isə avadanlıqların satınalınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə əldə olunmuş razılaşmaya əsasən avadanlıqların alınmasına 142 min 364 manat xərc çəkiləcək.

Maraqlı məqam odur ki, GDU təhsil dövrü olmayan yay ayında niyə təmir-tikinti işlərini həyata keçirməyib? Dərslər başladıqddan sonra bu işlərə başlamaq hansı məqsəd daşıyır?

Qarşı tərəfi də dinləməyə hazırıq.

Chosen
4
3
nocomment.az

4Sources