Ajans.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, afterşoklardan birinin maqnitudası 7,4 bal olub. Yaşayış məntəqələrində 6 bala qədər hiss olunub. Sunami təhlükəsi elan edilib. Qeyd edək ki, Kamçatkada ötən gün 7,5 bal gücündə zəlzələ baş vermişdi.