EN

Ağır qəzada ölən vəzifəli şəxs imiş

ain.az, Metbuat saytına istinadən bildirir.

Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölmesinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
14
metbuat.az

10Sources