EN

Şəmkirdə həkimin idarə etdiyi avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb - YENİLƏNİB-2 - FOTO

Şəmkirdə minik maşının ağaca çırpılması zamanı ölənlərin biri həkimdir.

APA-nın yerli bürosunun məlumatına görə qəzada ölən "Hyundai"ın sürücüsü 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq olub.

Kənan Çobanlı Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb.

Qeyd edək ki, qəzada avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü S Məmmədov da həyatını itirib.

Qəzaya düşənlər toydan qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

***

saat 11.02

Xəbərə foto əlavə edilib.

***

saat 09.45

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 01.15

Şəmkirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu haqda APA-nın yerli bürosu məlumat verib.

Qəzada ölən sürücü 1990-cı il təvəllüdlü X. Çobanov, sərnişin isə 1991-ci il təvəllüdlü S. Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

***

00:20

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə Şəmkirdə
Chosen
42
1
apa.az

10Sources