EN

Binəqədidə obyektdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektinmansardasında 30 m² sahədə əşyalar yanıb. Yanğın zamanıyağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərəktəcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
50
20
az.trend.az

10Sources