EN

Günün futbol qrafiki -

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq. Metbuat.az xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar.Misli Premyer Liqası1-ci dövrə, IV tur14 sentyabr16:30. "Şamaxı" – "Karvan-Yevlax"Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.VAR: Nicat İsmayıllı.AVAR: Kamran Əliyev.Hakim-inspektor: Vüsal Əliyev.AFFA nümayəndəsi: Anar Şıxəliyev.Şamaxı şəhər stadionu19:00. "Neftçi" – "Sabah"Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.VAR: Kamal Umudlu.AVAR: Vüsal Məmmədov.Hakim-inspektor: Anar Salmanov.AFFA nümayəndəsi: Zümrüd Ağayeva."Neftçi Arena"

Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1

Chosen
65
2
metbuat.az

3Sources