EN

Meksikada yol qəzasında 15 nəfər həlak olub

Meksikanın cənubunda baş verən yol qəzasında ilkin məlumata görə 15 nəfər ölüb, 2 nəfə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Yutakan ştatının Dövlət Təhlükəsizliyi Katibliyi məlumat yayıb. Bildirilir ki, ağır yük avtomobili minik avtomobili və fəhlələri daşıyan yük avtomobili ilə toqquşaraq aşıb.

Bu, Meksikada həftə ərzində çoxsaylı insan ölümü ilə nəticələnən üçüncü qəzadır. Sentyabrın 8-də avtobusun qatar yoluna çıxması nəticəsində 10 nəfər ölüb, 41 nəfərə xəsarət alıb.

Sentyabrın 10-da paytaxt Mexikoda 50 min litr maye qaz daşıyan avtomobilin partlaması 13 nəfərin ölümü, yüzə yaxın sakinin yanıq xəsarəti alması ilə nəticələnib.

Chosen
4
4
day.az

5Sources