EN

Büdcəyə uyğun maksimal komfort: Ən yaxşı 10 ucuz premium avtomobil

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Bir vaxtlar çox bahalı olan bəzi lüks avtomobilləri indi ikinci əl bazarında büdcə modellərinin qiymətinə almaq mümkündür.

Qaynarinfo xəbər verir ki, "What Car?" nəşri Böyük Britaniyada 10 min funt-sterlinqdən (təxminən 13 550 dollar və ya 230 min AZN) ucuz qiymətə satılan ən yaxşı 10 premium avtomobilin siyahısını təqdim edib.

Reytinqin lideri 2010–2017-ci illərdə istehsal olunan "BMW 5 Series" (F10/F11 kuzovları) olub. Ekspertlərə görə, bu model öz qiymətinə görə yüksək komfort, sürücüyə xoş idarəetmə təcrübəsi və zəngin avadanlıq təklif edir (amma əsas komplektasiyada deyil).

"BMW 5 Series"in üstünlükləri sırasında rahat asqı sistemi, sürücülük keyfiyyətləri, aşağı istismar xərcləri və rahat multimedia sistemi göstərilib.

Bununla belə, ekspertlər xəbərdarlıq ediblər ki, bu model bəzi rəqiblərdən etibarlılıq baxımından geri qalır. Lakin vaxtında və keyfiyyətli texniki xidmətlə problemlərin qarşısını almaq mümkündür.

Ən yaxşı 10 əlçatan premium avtomobil:

1. BMW 5 Series

2. Mercedes-Benz S-Class

3. Jaguar XJ

4. Mercedes-Benz E-Class

5. Audi A6

6. Jaguar XF

7. Audi Q7

8. BMW X5

9. Volkswagen Touareg

10. Land Rover Range Rover

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
qaynarinfo.az

1Sources