EN

Abdullazadə “Hayduk” üzərində qələbədə iştirak etdi, fasilədə əvəzləndi

Xorvatiyada ölkə çempionatının 6-cı turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” öz meydanında “Hayduk”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Abdullazadə oyuna start heyətində başlayıb və fasilədən sonra hesab 2:0 olarkən əvəzlənib.

Hazırda “Varajdin” 9 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Chosen
32
sportinfo.az

1Sources