1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Misli Premyer Liqasında V turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Şamaxı" "Karvan-Yevlax"la, "Neftçi" isə "Sabah"la qarşılaşacaq.
Xatırladaq ki, turun digər oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib, "Qarabağ" - "Zirə" 1:1 hesabı ilə başa çatıb. "İmişli" "Sumqayıt"ı, "Turan-Tovuz" isə "Qəbələ"ni minimal hesabla üstələyib. "İmişli" oyunun protokol qaydalarını pozduğu üçün kluba texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 10 xalla "Araz-Naxçıvan" başçılıq edir.
14 sentyabr
Misli Premyer Liqası
V tur
Saat 16:30, "Şamaxı" - "Karvan";
Saat 19:00, "Neftçi" - "Sabah".