EN

Ələt-Astara yolunda ağır qəza: Ölən var

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən "Yeni Sabah"a verilən məlumata görə, İran vətəndaşı Şadman Taleşmikaei tərəfindən idarə olunan "Volvo" markalı, 91AA791 İİR  nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış "Cherry" markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Cherry" markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
1
31
yenisabah.az

10Sources