EN

Kamçatkada sutka ərzində 60-dan çox afterşok qeydə alınıb

Son 24 saat ərzində Rusiya Federasiyasının Kamçatka bölgəsində 7,4 bal gücünə qədər 60-dan çox afterşok qeydə alınıb, onların səkkizi yerli sakinlər tərəfindən hiss edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.

"Bir sutka ərzində 3,5-dən 7,4-ə qədər gücə malik 62 afterşok baş verib, onlardan səkkizi hiss olunub", – deyə açıqlamada bildirilib.

Qurumun verdiyi məlumata görə, afterşoklardan biri yaşayış məntəqələrində 6 bal gücündə hiss olunub. Bu səbəbdən sunami təhlükəsi elan edilib, lakin dalğanın yaşayış məntəqələrinə yaxınlaşması baş verməyib.

Bundan əlavə, zəlzələdən sonra evdə qalmaqdan qorxan vətəndaşlar üçün müvəqqəti yerləşdirmə məntəqəsinin fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, öncəki gün bölgədə 6,3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti isə yeraltı təkanların gücünü 7,5 bal olaraq qiymətləndirib. Ölkənin qərb sahillərində sunami təhlükəsi elan edilsə də, sonradan bu xəbərdarlıq ləğv olunub.

Chosen
30
ikisahil.az

1Sources