EN

Ukrayna Rusiya donanmasının idarəetmə mərkəzini VURDU - FOTOLAR

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının rabitə mərkəzini məhv edib.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, sentyabrın 11-nə keçən gecə Ukrayna ordusu Krımda yerləşən 184-cü elmi-tədqiqat eksperimental “Sevastopol” bazasının ərazisində Rusiya Donanmasının rabitə qovşağına dəqiq zərbə endirib.

Həmin qovşaq Rusiya Qara Dəniz Donanmasının bölmələrinə nəzarəti təmin edirdi.

Qeyd olunur ki, Ukrayna ordusu son aylarda Rusiya Donanmasının obyektlərinə sistemli zərbələr endirir.

Xatırladaq ki, avqustun 28-də Ukrayna Hərbi Kəşfiyyatının pilotsuz aparatları Azov dənizində “Kalibr” raketlərini daşıya bilən “Buyan-M” tipli kiçik raket gəmisini vurub. Dronlardan biri gəminin radar sisteminə, digəri isə gövdəsinin yan hissəsinə çırpılaraq ciddi zərər vurub.

Bundan əvvəl isə Qara dənizdə aparılan əməliyyat zamanı dəniz pilotsuz aparatı Novorossiysk körfəzində Rusiya donanmasının yerləşdiyi əraziyə daxil olub. Partlayış nəticəsində obyektə yaxınlaşan 5 nəfərlik Rusiya kəşfiyyat qrupu məhv edilib.

Musavat.com

Chosen
29
25
musavat.com

10Sources