EN

Mariya Şarapovanın evini NBA ulduzu satın aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sloveniyalı basketbolçu Luka Donçiç ABŞ-nin Kaliforniya ştatının Manhetten-Biç şəhərində rusiyalı sabiq tennisçisi Mariya Şarapovanın satışa çıxardığı evi 25 milyon dollara alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Basket Infos" məlumat yayıb.
Məlumata görə, Şarapova vaxtının böyük hissəsini həyat yoldaşı, britaniyalı iş adamı Aleksandr Gilksin yanında keçirdiyinə görə evi satmaq qərarına gəlib.
Qeyd edək ki, 26 yaşlı Donçiç fevral ayında "Dallas Meyveriks"dən "Los-Anceles Leykers"ə keçib. Donçiç beş dəfə NBA Ulduzlar Oyununda (2020-2024) iştirak edib, beş dəfə NBA-in ən yaxşı beşliyinə daxil edilib (2020-2024) və liqanın ən yaxşı gənc oyunçusu mükafatını qazanıb (2019).
Chosen
73
oxu.az

1Sources