Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" yeni oyunçu ilə anlaşıb.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.
ABŞ-dən olan Kristian Kuns heyətə cəlb olunub.
O, daha əvvəl ölkəsində "Bransuik Komuniti Kolleci", "Çovan Universiteti", "Georgia Southvestern Universiteti" və "Bemidji Dövlət Universiteti"ndə oynayıb.