EN

Roza Zərgərli səhnədə ayağa qalxa bilmədi – stulda oturaraq oxudu

Müğənni Roza Zərgərli yenidən səhhəti ilə bağlı yayılan xəbərlərlə gündəmə gəlib.

sənətçi Qırğızıstanın paytaxtı Bişkekdə baş tutan konsertində tamaşaçıların qarşısına çıxsa da, yeriməkdə çətinlik çəkdiyi üçün səhnədə əsasən stulda əyləşərək çıxış edib.

Roza Zərgərli əksər mahnılarını oturaq vəziyyətdə ifa edib, hətta tamaşaçılarla söhbətləşərkən də ayağa qalxmaqda çətinlik çəkib. Bu məqam izləyicilərin diqqətindən yayınmayıb.

Xatırladaq ki, Roza Zərgərli əvvəllər də yeriməkdə müəyyən çətinliklər yaşaması ilə bağlı xəbər başlıqlarında yer almışdı. Müğənni ötən il koksartrozun dördüncü mərhələsi, yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını və bu səbəbdən yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.

Musavat.com

Chosen
56
5
editor.az

6Sources