EN

Kurban Berdıyev: Kimləri dəvət eləmişiksə onlardan razıyıq

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Güman etdiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik".

- Transfer dönəmini necə dəyərləndirərdiz?

- Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı.

- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?

- Bu suala cavab vermək istəmirəm. Ancaq oyun haqda danışmaq istəyirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
54
2
sport24.az

6Sources