Buenos-Ayres müvafiq müraciət olarsa, sülh təşəbbüsü çərçivəsində ölkənin silahlı qüvvələrinin Ukraynada iştirakını nəzərdən keçirməyə hazırdır.
"Ölkə.az" xəbər verir ki, bunu Argentinanın Rusiyadakı səfiri Enrike İqnasio Ferrer Vieyra deyib.
O bildirib ki, Prezident Xavyer Miley münaqişənin həllinin tərəfdarıdır və hesab edir ki, prosesə BMT də cəlb olunmalıdır.