Rumıniya Müdafiə Nazirliyi ölkə səmasında dronun vurulması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Musavat.com xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, saat 18:23-də "F-16" təyyarələri ölkənin hava məkanında pilotsuz uçuş aparatı aşkar edib və onu Kilia-Veke kəndinin təxminən 20 km cənub-qərbində müşayiət ediblər.
Açıqlamada qeyd olunur ki, dron yaşayış məntəqələrinin üzərindən uçmayıb və əhalinin təhlükəsizliyinə birbaşa təhdid yaratmayıb.
Təyyarələrin müşayiəti zamanı dron sonradan radar sistemlərindən itib.
Musavat.com